GECE OLAR

Gecə olar birdən qapın döyülər.
Həsrətin çəkdiyin gələr qapına.
Sevincdən ayağın yerdən üzülər
Titrəyən əllərin qapını açar

Bir anlıq donarsan nitqin tutular
Elə zənn edərsən yuxu görürsən.
Ürəyin çırpınar gözlərin dolar.
Xəyal olduğunu sən düşünərsən

Səni fikirlndən bir səs ayırar.
Özünə qaytarar o anda səni.
Qəhərli həm kövrək bir səs soruşar
Yoxsa gözləmirdin səndəmi məni.

Uzanar əllərin ,düz ona sarı.
Gələn qonağına salam verməyə.
Əlini isti əl ovcuna alar.
Dilin pıçıldayar xoş gəldin deyə.

Nahidə Tağıyeva Qurbanova
26.11.2017
www.kafiye.net