şiir. öykü, makale, deneme, tiyatro, masal, fıkra, anı, sohbet, röportaj yazılarının yayınlandığı uluslara arası yazar ve şairlerin katılım gösterdiği edebiyat sayfasıdır. Uyum platformudur.
L A L D I M I
Badi -səba, de, nə olur, o dildar
Bir soruşub, xəbərimi aldımı?
Bilib yıxılmışam, üzü üstəyəm,
Barı gülüb, bundan məmnun qaldımı?
Bilinmədi tuzaq kimin tuzağı,
Etdi, qoydu yolunda köz qalağı,
Bir ovucdan içdiyimiz bulağı
Anıb,yanıb, canına od saldımı?
Sinəm təndir, dilim ocaq sacıdı,
Göz yaşlarım,ahım qardaş – bacıdı,
Ağzım qara bibərdən də acıdı,
Yarın ağzı şəkərdimi, baldımı?
Nifrətimlə eşqim didib – didişdi,
Qəm karvanım Kərbalaya yetişdi,
Yaram mənim min deşildi,bitişdi,
Yar yarası kal armuddan kaldımı?
Nə eşqdi ki eylədim,vuruldum?!
Min yıxıldım, min uçuldum, quruldum,
Nə səs gəldi,nə də səda, yoruldum,
Ay Məzahir, dünya karmı, laldımı?
MƏZAHİR İSGƏNDƏR
21. 04. 2022
www.kafiye.net
Yorum Yapın