L A L D I M I




Badi -s
əba, de, nə olur, o dildar

Bir soruşub, xəbərimi aldımı?

Bilib yıxılmışam, üzü üstəyəm,

Barı gülüb, bundan məmnun qaldımı?




Bilinm
ədi tuzaq kimin tuzağı,

Etdi, qoydu yolunda köz qalağı,

Bir ovucdan içdiyimiz bulağı

Anıb,yanıb, canına od saldımı?




Sin
əm təndir, dilim ocaq sacıdı,

Göz yaşlarım,ahım qardaş – bacıdı,

Ağzım qara bibərdən də acıdı,

Yarın ağzı şəkərdimi, baldımı?




Nifr
ətimlə eşqim didib – didişdi,

Qəm karvanım Kərbalaya yetişdi,

Yaram mənim min deşildi,bitişdi,

Yar yarası kal armuddan kaldımı?




N
ə eşqdi ki eylədim,vuruldum?!

Min yıxıldım, min uçuldum, quruldum,

Nə səs gəldi,nə də səda, yoruldum,

Ay Məzahir, dünya karmı, laldımı?




M
ƏZAHİR İSGƏNDƏR

21. 04. 2022

www.kafiye.net