şiir. öykü, makale, deneme, tiyatro, masal, fıkra, anı, sohbet, röportaj yazılarının yayınlandığı uluslara arası yazar ve şairlerin katılım gösterdiği edebiyat sayfasıdır. Uyum platformudur.
Ana dəyəri
Ana məqamından aşağı cənnət,
Haqqdan verilibdir ona bu qiymət.
Baxışından süzər qəlbə mərhəmət,
Səcdəyə layiqdi ondakı hikmət.
Ana yaranışdan yazılmış əsər,
Onun sevgisindən yarandı bəşər
Ana müqəddəsdir deyib peyğəmbər,
Ömrünü fədakar yazıbdı qədər.
Ananın gözündən süzülər iffət,
Onu görən hər kəs eyləyər izzət,
Ana təməlində şücaət,qeyrət,
Soyuna,kökünə qazanar hörmət.
Anadır övlada mənəvi qida,
Ana sevgisiçün yanar hər oda.
Dünyasın tərk edən qoca,cavan da,
“Ay ana” çağırar,ümidlə sonda.
02.03.2018.Xalidə Nuray.
www.kafiye.net
Yorum Yapın