Ana dəyəri



Ana məqamından aşağı cənnət,

Haqqdan verilibdir ona bu qiymət.

Baxışından süzər qəlbə mərhəmət,

Səcdəyə layiqdi ondakı hikmət.




Ana yaranışdan yazılmış
əsər,

Onun sevgisindən yarandı bəşər

Ana müqəddəsdir deyib peyğəmbər,

Ömrünü fədakar yazıbdı qədər.




Ananın gözünd
ən süzülər iffət,

Onu görən hər kəs eyləyər izzət,

Ana təməlində şücaət,qeyrət,

Soyuna,kökünə qazanar hörmət.




Anadır övlada m
ənəvi qida,

Ana sevgisiçün yanar hər oda.

Dünyasın tərk edən qoca,cavan da,

“Ay ana” çağırar,ümidlə sonda.




02.03.2018.Xalid
ə Nuray.

www.kafiye.net