şiir. öykü, makale, deneme, tiyatro, masal, fıkra, anı, sohbet, röportaj yazılarının yayınlandığı uluslara arası yazar ve şairlerin katılım gösterdiği edebiyat sayfasıdır. Uyum platformudur.
Yuxuna qurban
Niyə belə erkən gözü nəmlisən?
Röyamı görmüsən, yuxuna qurban.
Qaşların çatılıb, niyə qəmlisən?
İslaq kipriklərin oxuna
qurban.
Buyur, çək istəsən sınağa məni,
Elə öz ömrünə sadağa məni.
Qısqanma ötəri alağa məni,
Güldən gözəl olan qoxuna
qurban.
Sən, ey ürəyimin arzu, diləyi,
Tale bəxş eyləyən sevgi mələyi,
Əgər bacarsaydım əsən küləyi
Qoymazdım telinə toxuna,
qurban.
Sakitəm, çox şeyi səndən danmışam,
Gözəllər önündə xırdalanmışam.
Tək sənin eşqinə belə yanmışam,
Baxma ki, demişəm çoxuna
qurban…
Sakit Memmedova
www.kafiye.net
Yorum Yapın