şiir. öykü, makale, deneme, tiyatro, masal, fıkra, anı, sohbet, röportaj yazılarının yayınlandığı uluslara arası yazar ve şairlerin katılım gösterdiği edebiyat sayfasıdır. Uyum platformudur.
Sənə qədər
Sənə qədər,
o qədər çox ağrılar yaşamışam ki,
Ağrıdıqca sevməyi öyrədib,
İnsanları,
İnsanlığı tanıdıb,
Hissləri min yerdə öldürüb dirildib,
Elə özümü də;
Üç dəfə ölümlə həyat arasında
Həyatdan iki əlli yapışmışam.
İçimdə daşıdıqlarımı,
Kənd-kənd,
Şəhər-şəhər,
Ölkə-ölkə daşımışam.
Sənə qədər,
Gözlərimə yaş dolub,
Həm də,
Elə çox dolub ki,
Gözlərim güləndə
Işıqlığını ətrafa yaş kimi yansıdıb.
Mənə elə gəlir ki,
Həyatda hər şey bir-birinə oxşayır,
Hətta eynidir.
Mən isə
Fərdiliyi və azadlığı
Təpədən dırnağa sevirəm.
Sənə qədər,
Ulduzların tək-tək parlaqlığı
Elə də çox gözlərimə düşməyib.
Sənin üçün çox darıxıram.
Mənşəyi məlum olmayan darıxmağım…
Darıxmaq içdən sıxılmaqdırmı?
Əksinə,
İçə sıxılmaqdır.
Sənə qədər,
Pəncərəm də yox idi
Külək ara-sırada taybatay açıb
Ruhumu qolları arasına sıxsın!
Sənə qədər,
Tam deyildim,
Səninlə tamlaşmışam,
Sən, mücərrədsən əzizim…
Bir sakit ayaq səsi sevinc gətirir,
Ellərimi isidir.
Astaca sığal çəkir əllərimin yiyəsiz soyuğuna.
Sənə qədər,
Hər şey
Buludun üstündə
Sehrli xalçaya minib
Qərb ölkələrinə uçurdu.
Nağıl axşamlarında
Sakitcə yuxuya gedirdi
El boyda ümid səsi.
Bəzən,
Hıçqırıq qırığına oyanırdım sabahlar.
Bir hikmət,
Qıcıq,
Esəb,
Sevgi,
Sevinc çuğlayırdı təkliyin not dalğasını.
Sənə qədər,
Bütün qədərlərim
İki xətt üzərində yeriyirdi, kəsik-kəsik,
Dalğa-dalğa.
Sənə qədər,
Hər şeyi sənə hesablamışdım.
Bir göyərçin də uçdu,
Rəngi ağappaq idi.
Gülnarə İsrafil
www.kafiye.net
Yorum Yapın