GƏL..

Həsrət məni həlak etdi bil artıq,
Bircə anlıq vüsalın çox şirin,gəl.
Hər nə qədər uzaq olsa yol artıq,
Addım-addım,qədəm-qədəm sürün ,gəl.
*
Xeyli vaxtdır gözüm gəzir hər yanı,
Sən ki yoxsan neynirəm mən dünyanı,
Yazıq canım bu sevdanın giryanı,
Bəsdir artıq gözlərimə görün,gəl..
*
Nisgil məni yaman hala salıbdı,
Hücum çəkib qəm içimə dolubdu,
Ay insafsız,axı boşca qalıbdı,
Ürəyimin köşəsində yerin,gəl..
*
Hamı kimi gülmür üzüm inan yar,
Ələnibdir saçlarıma indi qar,
Heç buraxmır bu yaxamı ahu-zar,
Sən olmasan yaram işlər dərin,gəl..
*
Aqil adam bir kəlmədən söz anlar,
İnanıram,hər kəs məni düz anlar,
Həyatımı bir tək vüsal düzənlər,
Sən də vüsal libasına bürün,gəl..

Nazlı Hacılı.
20.05.2016.
www.kafiye.net