SEN BENİM


Sən mənim sevdiyim mahnı kimisən,
Oxuya bildiyim mahnı deyilsən.
Sən dəniz qoynunda batan gəmisən,
Mən səni sevərdim üzməyi bilsən.


Sən mənim gördüyüm adam deyilsən,
Gördüyüm adamdan uzaqlaşansan.
Sən mənim azarım ,qadam deyilsən,
Sən mənim dərdimlə qucaqlaşansan ?


Sən yaşıl bağcada quruyan çiçək,
Qoxusu gəlməyən gül budağısan.
Sən mənim gözümdə yalan bir gerçək,
Sən nağıl dünyamın tək otağısan.


Nə yaxşı getməyə qərar vermisən,
Nə yaxşı geriyə dönməyəcəksən.
Sən mənim qəlbimdə elə ölmüsən,
Bir daha dirilib ölməyəcəksən.


Soyuq əllərini isidən ocaq ,
Ruhunu yandıran közün olacaq.
Mənim baxışlarım iti bir bıçaq,
Heyif ki gözlərim qatil olacaq!



Dilşad ARAZ
www.kafiye.net