Səadət Qərib.

Allah sizə səbr versin Sevda xanım.

Əminəm ki,Sevda xanım kimi qürurlu,mətanətli anası olduğu üçün Yüksəlimizin ruhu şaddır.Sevda xanımın timsalında bütün şəhid analarının qarşıslnda baş əyirəm.

Biz nə etsək azdır, onların haqqı ödənməz.Yüksəl kimi qəhrıman oğulların sayəsində bügün 30 illik həsrətə son qoyulub və biz qürurla Qarabağ bizimdir deyə bilirik.




ZƏFƏR ƏTIRLI QƏHRƏMAN

YÜKSƏL ƏLIZADƏNIN
ƏZİZ XATİRƏSİNƏ




Gəncəmizin mərd Yüksəli
Ucalmısan zirvələrə.
Heç bilmədin qorxu nədir,
Sinə gərdin güllələrə.


Şərəfli ad daşıyırsan,
Tarixlərdə qalacaqsan!
Ürəklərdə yaşayaraq
sönməz məşəl olacaqsan!


Böyük Vətən savaşında
Hayqırdın ki, mən də varam.
Azərbaycan mənim elim,
Hər daşını qoruyaram.


Çatdin elin harayına
könüllülər sırasında.
Şücaətlə ad qazandın ,
yaşıdların arasında.


Neçə yaralı əsgəri
daşıdın öz kürəyində.
Neçə arzu, diləyini
apardın öz ürəyində.


Vətənimin iğid oğlu,
Heç bir şeydən çəkinmədin.
Düşdün ölüm sınağına,
Yenə yolundan dönmədin.


Vətən üçün candan keçib
Əbədiyyətdə doğuldun.
Qaranlıqdan sabahlara

Daim doğan Günəş oldun!


Allah dərgahında özün
Vətən boyda uca dağsan.
Zəfər ətirli qəhrəman
Azərbaycan, Qarabağsan!!!



Səadət Qərib.



Demək olar ki, çox insanın əzbər bildiyi “Zəfər ətirli qəhrəman” əsərinin sözlərini mən yazmışam ,dəyərli bəstəkarımız İlhamə xanım bəstələyib , vətənpərvər sənətkarımız Azərin xanım ifa edib..Mənim üçün böyük qururdu ki,belə bir igid qəhrəman haqqında şeir yazmışam. O şeir elə belə bəndlərdən ibarət deyil, hər misrasında göz yaşı var.Kədər qürur, məyusluq ,fəxarət duyğularının bir birini izlədiyi misralardı.Allah bütün şəhidlərimizə rəhmət eləsin.


www.kafiye.net