Feride Köçerli

O yaz yagışı



Yadında, yağırdı o yaz yagışı?
Dalgındım o gecə ulduzlar kimi.
…Zəng etdin,gözümdə sevinc naxışı,
Daha darıxmadım yalqızlar kimi.



Söyləyib ahəstə, sən narın-narın,
Deyirdin, şeirdir dünyada varın.
Axırdı dilindən qəlbimə barın,
İçimsə xoş sözə susuzlar kimi .



İllər sonra yağır bir yaz yagışı
Dolmuş buludların səbir savaşı.
Yuyur aynaları,çöllərdə daşı.
…İçimdə xatirə buzlayır sanki.



30.04.23

Fəridə Köçərli

www.kafiye.net