Mənim olardı


Bir zamanlar sahilə sevinərək gedərdim,

Geyib güllü donumu bəzənərək gedərdim,

Qəlbimdəki sevinci gizlədərək gedərdim,

Dəniz də, sahili də hər yan mənim olardı!




X
əyallara dalardım, gözlərim yol çəkərdi,

Ötən beş – on dəqiqə mənə uzun gələrdi,

Sənin çox gecikməyin mənə əzab verərdi,

Səni qəfil görəndə dünya mənim olardı!




Ehh, Keçdi zaman, döndü dövran, görüşm
ədik biz,

Qopdu tufan, əsdi yel, dəyişildi səmtimiz,

Sovrulduq hər tərəfə, silindi izlərimiz,

Çərxi – fələk pozmasa, aləm mənim olardı!




Yen
ə gəlib sahilə dərdləşirəm dənizlə,

Dəniz həminki dəniz, xəyallarım səninlə,

Yarım, kaş sən də gəlib, oturaydın mənimlə,

Dəniz, Yer, Göy inan ki, Cahan mənim olardı!

əllif: Elmaya Cabbarova.

29.07.2022.

www.kafiye.net