Söyləməlisən


[ Hörmətli şair İmran Güllübulaqlının “Deyim, deməyim” şeirinə ]




H
ər kəsin sevdiyi bir gözəl olur,

Aşiqlər daima sərgərdan olur,

Dünya sevənlərlə boşalıb, dolur,

Sevgini o qıza söyləməlisən!




Dey
əsən, o qızı pünhan sevirsən,

Ondan aralıda, uzaq gəzirsən,

Bəlkə o da sevər, hardan bilirsən,

Sevgini o qıza söyləməlisən!




Halını anlayıb, duyan çox olar,

Dərdinə şərikəm deyən çox olar,

Kənarda lağ edib, gülən çox olar,

Sevgini o qıza söyləməlisən!




Hüsnü göz
əllərin etibarı az,

Hərənin əlində bir sədəfli saz,

Etmə guley-güzar, öz sevgindən yaz,

Sevgini o qıza söyləməlisən!




Göst
ər sevdiyinə sədaqətini,

Ürəkdə gizlənən məhəbbətini,

Kitaba salmışam təmiz eşqini,

Sevgini o qıza söyləməlisən!

əllif: Elmaya Cabbarova.

19.07.2022.

www.kafiye.net




. Deyim,dem
əyim?




Bir göz
əl eşqinə alışdım,yandım,

Onu dərdlərimin məlhəmi sandım.

Gecə də,gündüzdə o qızı andım,

Sevgimi canana deyim,deməyim?




Ür
əyim eşqini ələdi,süzdü,

Əllərim yoluna gül-çiçək düzdü.

Bir cavab vermədi,o məni üzdü,

Dərdimi qanana deyim,deməyim?




Eşqimi d
ərk edib,anlayanım çox,

Qınayıb,arabir danlayanım çox.

Bu eşqi saf bir eşq sanmayanım çox

Sözümü sanana deyim,deməyim?




D
ərdmənlər dərdini mənimlə bölür,

Bir gözüm ağlayır,bir gözüm gülür.

Neçə gözəllər var dərdimdən ölür,

Oduma yanana deyim,deməyim?




Qoy c
əmi şairlər qayğıma qalsın,

Sevgimi həvəslə qələmə alsın,

Bu təmiz eşqimi kitaba salsın,

Mən şair İmrana deyim,deməyim?




İmran Güllübulaqlı

19.07.2021.

www.kafiye.net