Buludlar üstündə yazılan dastan


Aşiq olduq, sevdik bir – birimizi,

Elə bildik Dünya cənnət kimidir,

Gördük insanların iki üzünü,

Anladıq ki, hər yer zindan kimidir!




Quşların h
əyatı maraqlı gəldi,

Yox idi onların kədəri, dərdi,

Bütün gün oxuyub, cəh – cəh edərdi,

Onlar bir – birini qəlbdən sevərdi!




Uymadıq Yerd
əki zənginliklərə,

İki qəlb birləşib, uçduq göylərə,

Hər kəsdən uzağa, ənginliklərə,

Buludlar üstündə bir yuva qurduq.




Göz – göz
ə baxmaqdan heç vaxt doymadıq,

Gəzib dolaşmaqdan biz yorulmadıq,

Küsüb – barışmadıq və ayrılmadıq,

Bir ömür sevərək yaşaya bildik!




Buludlar üstünd
ə bir dastan yazdıq,

Bütün insanlığa sevgi payladıq,

Yer üzünə enib, halallıq aldıq,

Ruhu candan alıb, göyə ucaldıq.

əllif: Elmaya Cabbarova

01.07.2022.

www.kafiye.net