D O S T



Qardaşdan, bacıdan fərqli bir insan,

Hər şeyi onunla yarı bölürsən.

Gün gəlir, o olur qəlbinə həyan,

Onunla sevinib, birgə gülürsən.




Dostluğun hikm
əti sözdə deyildir!

Vəd verib, tutduğu əməlindədir!

Yalançı, riyakar, o dost deyildir!

Sadiqlik, dürüstlük təməlindədir!




Dostluq ş
əfəqinin üfüqündəsən,

Uzaqdan duyulan bir nəğmədəsən,

Mənim dostluğuma sən namizədsən,

Düşsün o kitaba adın, təzə dost.




Unutma, “dost dosta t
ən olsun gərək,”

Tən olmazsa uzaq olsun, gen olsun,

Qəlbi təmiz olsun, saf olsun gərək,

Dostluqlar çox olsun, Dünya şen olsun.

əllif: Elmaya Cabbarova

15.07.2022.

www.kafiye.net