QAZİ OĞULLAR




Siz ey bu v
ətənin göz bəbəkləri,

Canlı şəhidlərim , qazi oğullar.

Otuz il inləyən torpağın üstə,

Sizin də tökülən al qanınız var.




Bu mill
ət, bu torpaq sizə borcludur,

Siz tarixyazanlar sərgəsinəsiz.

Gərək canınınızdan keçən ağrını,

Bizlər sayəsində bilməyəsiniz.




Siz ey v
ətən deyən məmur adamlar,

Yarımcan qazilər vətən deyilmi?

Tarixin köksünə al qanlarıyla,

Yazılan yazılar vətən deyilmi?




Z
əfər sorağıyla dönsələr yenə,

Arzular, xəyallar can üstündədir.

Nə olsun yaşayıb nəfəs alırlar,

Ümüdlər tərk edir ruhu birbə-bir.




Papaq, qeyr
ət deyə üsyan edənlər,

Budur, qeyrətimiz göz önündədir.

Onlar sizlər üçün qoyublarsa can,

Söyləyin, bəs sizin dərdiniz nədir?




M
əgər Odlar Yurdu adlı ölkənin,

Qazi oğulları odda yanmalı?

Yoxsa ki, hər biri vətən adıyla,

Bizim qəlbimizin odu olmalı?




Cavab verin siz ey m
əmur adamlar,

Qazilər sizinçün vətən deyilmi?

Bu gün nə əksəniz biçəcəksiniz,

Dünyamız fırlanır bilin dəyirmi.




əllif.M.Duyğulu.

14.07.2022

www.kafiye.net