25 iyul anamı itirdiyim gün(( Ölümündən əvvəl bir ay qonağım oldu…




Yenə qonagım oı



Yatagın evindən qəbirə köçmüş

İzlərin silinib,çıragın sönmüş,

Sözlərin hikmətli məsələ dönmüş.

Nurani çöhrəndən mən heç doymadım

Yenə qonagım ol,gəl qurban olum.




Uşaq t
ək kövrəlib,dolurdun hərdən

Gizlin aglayırdın,nədənsə məndən,

Guya ki, razıydın öz taleyindən.

Qıyma bulud kimi boşalım,dolum

Yenə qonagım ol,gəl qurban olum.




Yurd-yuva h
əsrəti dara çəkirdi

Nisgilli illəri əkib-biçirdi

,,Dörd oglum Laçına qurban”-deyirdi.

Sənə qurban olsun mənim öz oglum

Yenə qonagım ol, gəl qurban olum.




Elind
ə olsan da xanım bir ana

Burda çoxu güldü ,,qaçqın”adına.

Üzün qoyulsaydı,öz torpagına,

Bəlkə toxtayardı yaralı ruhum.

Fəridəyə səs ver,qəmi unudum

Gedək qonagım ol,dur qurban olum.




Fəridə Köçərli
www.kafiye.net