Dəyərli yazarıımz Rəna Abdullayeva xanımın şerimə yazdığı rəyinə bədahətən bu şeir yazıldı.




N
ələr çəkir



Nə var çırtaçırtla yanıb sönməyə,

Kül altda qalan köz gör nələr çəkir.

Peşmanlıq çəksə də közərən ocaq

Qara tüstüsündə ümidlər əkir.

Kül alt(ın)da qalan köz gör nələr çəkir.




Əsas məqsəd varsa,arzular bəlli,

Nə fərqi yüz yaşın,yada ki əlli?

Bəhlula*,Məcnuna dedilər dəli.

Düşünmə düzlükçün kiprik od çəkir…,

Kül altda qalan köz gör nələr çəkir?




O k
əslər duyarlar bu yazdıgımı

Bilə halallıqla qazandıgını.

Görə boş məzarda uzandıgını…

Çox məmur kasıbın əkdiyin biçir,

Kül altda qalan köz gör nələr çəkir.




Fəridə Köçərli

31.07.22.
www.kafiye.net