Sevmək gərəkdir



İnanma yadların yağlı dilinə,

Bir addım önünü görmək gərəkdir!

Şübhələn, bəlkə də bir uçurum var,

Qurulmuş hiyləni çözmək gərəkdir!




Aldanma gördüyün parlayan daşa,

O qızıl deyildir, vurarlar başa,

Heyif, anlayırsan dolanda yaşa,

Bunu əvvəlindən bilmək gərəkdir!




El – oba malını tar – mar ed
ənlər,

Yığıb vaqonlara, peşkeş edənlər,

Yeyib harınlıqdan hay – küy edənlər,

Əvvəlcə bir toxum əkmək gərəkdir!




V
ƏTƏN! deyib, gözdən pərdə asanlar,

Guya, qan – tər töküb, hey çalışanlar,

Qaçıb, yad ellərdə məskən salanlar,

Bilin, Vətən üçün ölmək gərəkdir!




M
ənim də payım var, istəmək üçün,

Daş üstə daş qoyub tikmək gərəkdir!

Mən də buralıyam, söyləmək üçün,

İlk öncə Vətəni sevmək gərəkdir!




əllif: Elmaya Cabbarova

13.07.2022.
www.kafiye.net