Bu görüntü böyük evimizdən, bağlı,bagatlı həyətimizdən qalan nişanədir. Agır və dəyərli videoya görə Cənnət Zamanova və Sərdar bəyə nə qədər təşəkkür etsəm yenə azdır.



Yurdu viran atam

Hələ cavan ikən bu dag qoynunda,

Özümə yurd saldım, deyirdi atam.

Yetim böyüsək də qalmadıq darda,

(Anam tarlalarda,xalça,hanaynan…)

Qabar əllərinə kömək yaradan…

Özümə yurd saldım, deyirdi atam.




Baxıram yurduna xatir
ən bir-bir,

Sanki dilə gəlir,qəlbimi dəlir.

Viran qalmışında ölməyim gəlir .

Yenə gəlmir əlim açarı atam,

Evin xarabadır, yurd salan atam.




Hanı
əmimgillər,yox yaşayanlar,

Həcər,Qaratellər,yox Tamaşalar,

Bəlkə yalan imış o yaşananlar?

Ay Zakir,İdiris,agsaqqal Osman,

Bəs hanı özünə yurd salan atam?




Alkasya,söyüdl
ər cərgə-cərgəydi,

Meyvəli ağaclar sanki sərgiydi,

Ağ dəmir qalxantək evə hörgüydü.

Ay qəbri dağılan,ruhu nigaran,

Özümə yurd saldım,söyləyən atam.




H
ər gecə yuxuda mənlə danışır,

Bilsə də yox evi,gülür,danışır

Şükürlüdür,Laçın geri daşınır

Deyir, ay Fəridə,arzuna çatsan,

Gəl denən tikmişəm yurdunu, atam.



Fəridə Köçərli

29.06.22.
www.kafiye.net