HƏKƏ



Dünyada o q
ədər axar çay vardır,

Coşan-daşan, şaqraq səsli, sərsəri,

Onun bənzəri yox bir başqasına,

Çaylar arasında daş-qaş Həkəri.




Axır d
ərələrdən, dönmür yolundan,

Keçir Laçın, Qubadlı, Zəngilandan,

Tökülür Xan Araza sol qolundan,

Olub Bərgüşada qardaş Həkəri.




N
ələri görmədi bu sərin sular,

Yaxşını, yamanı axıtdı onlar,

Qaçaq Nəbi, Həcər, çox qəhrəmanlar,

Olmuşdu onlarla sirdaş Həkəri.




İll
ərdir vətəndən uzaqda qaldı,

Suları azaldı, dərdi çoxaldı,

Nəhayət, ordumuz düşməndən aldı,

Oldu əsgərlərə yoldaş Həkəri.




O h
əm çay, həm mətbu qəzetin adı,

Unutmur heç zaman verdiyi andı,

Düz sözü, haqq-sanı şərəfi sandı,

Səs salır hər yana çağdaş “HƏKƏRİ”.





əllif: Elmaya Cabarova

07.05.2022.
www.kafiye.net