Yorganın düyünü ürəkdə yagdı


 

Kələfsiz xatirəm ata evimdə,

Dağların arası dag kəndimizdə.

Bicarəyəm,çarəm ata evimdə.

Aldım ürəyimdən dağ,kəndimizdə.

            


Bulud düyünl
ənib,leysan tökəndə,

El dagdan arana enib köçəndə,

Otayda, Çatımda, Nəbi uçanda,*

Gəl göy qurşagına bax kəndimizdə.




Bakir
ə duyğular,şöləli gözlər,

Qəlbindən keçənə baxmadan gözlər,

Gecə yuxusunda gizlin əzizlər.

Olub əsil sevgi çox kəndimizdə.




Xatir
ə anama yenə apardı…,

Çehiz yorganımda izi qatardı,

Hər sırıq sonuna düyün atardı…

Öpdüm düyünlərin hər bir bəndindən.

O düyün ürəkdə yağ, kəndimizdən.



21.05.22

Fəridə Köçərli



*k
əndimizdə yer adları.

www.kafiye.net