Hörmətli şairimiz Mirəli Məmmədin yazdıgı”Elə bil inciyib küsübdü bizdən,

Dumana bürünüb başı dagların”şeirindən təsirlərək yazdım.


Necə küsməsin




B
əs necə inciyib necə küsməsin?

Gör nələr çəkibdir başı dağların.

Allaha yalvarram bir az da dözsün,

Necə qədrin bilər naşl dağların?




Lal
ələr nalədən saçını yoldu,

Əsir məzarlarda ruhlar şad oldu.

İgid qanlarıyla torpaq yuyuldu,

Şəhid heykəlidir daşı dagların.




Yolu haqq yoluydu igid ordunun,

Qisasına qalxdı Qarabag yurdun…

Qoynunda xeymələr yenidən qurdu,

Sevincdən çatıldı qaşı dağların.




Otuz il atını oynatdı yagı,

Çəkdi sinəsinə çalçarpaz dağı.

Fəridə,zirvədə zəfər bayrağın,

Gördükcə quruyar yaşı dagların.





Fəridə Köçərli.

26.05.22.

www.kafiye.net