Yazılarımın səsi


Yazılanlar könüllərdə bir nəğməyə dönürsə, ya zahirdə, ya batildə onun səsi var və o eşidilir, duyulur.



O səsləri eşitmək, duymaq üçün oxuyaq.


                             

Hər ölkədən, hər bir eldən,

Axıb gələn söz selindən,

Ətri gəlir gül – çiçəyin,

Dalğalanan saç telindən.




Bir diyardan bir sev
ənə,

Məktub gedir sevə – sevə,

Dəyərini bilə – bilə,

Oxuyur o gülə – gülə.




Söz yazmasaq,
əsər olmaz,

Sonra ondan bir iz qalmaz,

Heç bir kimsə yada salmaz,

Səsi çatmaz eldən – elə.




Sözl
ərin də səsi vardır,

Oxunurkən duyulandır,

Duyğuları yaşadandır,

Gəlin tutaq biz əl – ələ.




Duyğuların yox s
ərhəddi,

Var sevinci, az – çox dərdi,

Yıxıb keçər bərə – bəndi,

Sinə gərər daşan selə.




Q
ələm yazar hər kəlməni,

Qəlbə düşən ilk sevgini,

Oxuyacaq dil nəğməni,

Bu könüldən o könülə.




əllif:Elmaya Cabbarova.

03.05.2022.

www.kafiye.net