Ne Zamandır



N
ə zamandır çəkirəm həsrətini cananın!

Könlümün mülkünə o candan əziz sultanın!




Taz
ə güllər açıb, ey sərvü qədim, gülşəndə,

Mənə sənsiz nə gərək ətri gülün reyhanın.




G
əl çıx ey sərvü rəvan canımı yandırdı fəraq

Söndürüm vəslin ilə atəşini hicranın.




Taz
ə ay tək bulud ardından əgər çıxsan inan,

Bir canım var onu da eyləyərəm qurbanın.




Aşiqin m
ən deyiləm, tək sənin ey sevgili yar,

Qəlbi eşqinlə vurur mən kimi çox nalanın.




El
ə rütbə verilib, heyran olub cümlə sənə,

Sən özün heyranısan rütbə verən rizvanın.




G
əl həqiqət yolunu göstər öz aşiqlərinə,

Ayağa durmaq üçün gözləyirik fərmanın.




Yoluna göz dik
ən eşq əhlinin imdadına yet,

Sal mizana bu cahanın pozulan səhmanın.




Dilşad acizdi s
ənin şənini vəsf eyləməyə,

Kömək ol, artır öz eşqinlə onun imkanın.




Dilşad Araz

www.kafiye.net