Yorğun ömür.

Ömrüm təlatümlü dəniz,

Zaman-zaman qisas alır fırtınalı dalğalar.

Yaz ətirli illərimi, hər an udur, əjdaha qasırğalar.

Yelkənsiz tənha qayığam, ümmanların qucağında,

Görünməyir liman izi…



Kölgəm üzür, ləpələrin yanağında.

Qağayılar ov axtarır, saf sulara əksim düşən,

yönü azmış baxışımda .

Dəli sevdam məni asır, inçimdəki yalqızlığın,

qəm toxuyan yalnışından.

Kədər qonur boz sulara…


Qara bulud leysan-leysan nəm ələyir,

Yuyulduqca həsrət axır, illərimin üst-başından.

Mürgüləyən ümidlərim, göz açammır, xatirələr yağışından.

Bürünmüşəm tənhalığın

Iç göynədən qınağına.

Yorğun ömür daha dözmür,

Zalımlara məlhəm olan, hislərimin sınağına.

Xalidə Nuray.15.12.2021.
www.kafiye.net