Bir 1 kişi, gül ve yazı görseli olabilir



ALLAHIM VAR



Ay məni tək bilən,tənha sayanlar,

Mənim güvəndiyim bir Allahım var.

Məni hər bir zaman dardan qurtaran,

Xeyirli axşamım,nur sabahım var.




Başımın üstünə min sayə salan,

Qadanın-bəlanın əlindən alan,

Hər yerdə,hər zaman mənimlə olan,

Mənə qahmar duran bir pənahım var.




Oyatdı yuxudan,qıymadı öləm,

Açdı sabahımı günəşdir şöləm,

İstədi sizlərlə sevgimi böləm,

Hər kəsdən “UCA”dır,tək bir “ŞAH”ım var.




Qoymadı boğulam,öləm yuxuda,

Oyatdı “O ÖZÜ” qara -qorxu da,

Dərdimin üstümdən getdi coxu da,

Daha nə dərdim var,nə də ahım var.




Nurlu sabahları açdın üzümə,

Zər şəfəq boyadın,şerə-sözümə,

Hələ də düşünnəm özüm-özümə,

Mənə ömür qıyan bir ALLAHIM var.




Axşam da,sabah da ŞÜKÜR edirəm,

Adını hər yerdə ZİKİR edirəm,

Demə ki,təklikdə FİKİR edirəm,

Solmazam, ölmədim min sabahım var.




Solmaz Şirvanlı

{AYNAZ CƏVAHİR KƏLAM}

03-12-2021

www.kafiye.net