MƏNİM



Məndən gileylənən əziz qardaşım,

Özgə ocaqlarda qarışıb başın,

Özgələr olubdur dostun-sirdaşın,

Sən ki, çıxmamısan yadımdan mənim.



Yazdığım salama cavab da yoxdur,

Mənim ki, gözlərim həmişə toxdur,

Çoxunun gözünə bir adım oxdur,

Qorxum yox heç kəsin odundan mənim.



Bilin öz yerimdə kişiyəm, kişi,

Pələngəm-aslanam yırtıcı-dişi,

Yazmaq-yaratmaqdir, şairin işi,

Çoxu yanıqlıdır adımdan mənim.



Bəxtimə rənglərin qarası düşüb,

Ömrümə ayrılıq sırası düşüb,

Yanağa axan yaş qorası düşüb,

Çıxıbdır gülüşüm yadımdan mənim.



Daha mən gedirəm arzular para,

Para arzular da qəlbimdə yara,

Çoxu vədə xilaf əhdə-ilqara,

“AYNAZ” ki,qoşadır adımnan mənim.



Boyum uca idi,sərv tək mənim,

Güllərdən çəkilən bal pətək mənim,

Qəmli havacatlar,ney-tütək mənim,

Od alıb çoxları odumdan mənim.



Təbrizli Aydından ad almışam mən,

Ustad Səhriyardan od almışam mən,

“Xalqın Şairi” tək şad olmuşam mən,

Sevinsin el-aləm “şad”ımdan mənim.



Solmaz Şirvanlıyam,”Cəvahir Kəlam”

Təbriz həsrətiylə açılan qolam,

Üzü Savalana yolağa,yolam,

Yollar nur boyanar adımdan mənim.



Solmaz Şirvanlı {AYNAZ CƏVAHİR KƏLAM}

01-11-2021

www.kafiye.net