Özbəkistandakı qələm dostlarımız da bu günlərdə özlərini sanki səngərdə hiss edirlər “bizim kimi Gulzira Hoshimjonovna Sharipova (Gülzirə Həşimcan qızı Şərifova). Hüquqşunasdır. Poeziyanı sevir. Özü də hərdən şeir yazır. Qarabağ müharibəsində bizimlə olduğunu belə ifadə edib. “Şeiri sizə göndərim siz da səhifənizdə paylaşın, lütfən, dostlarım oxusun və bilsinlər ki, mən də onlarlayam”. Çox sağ olun, Gülzirə xanım.



SAHİBİNƏ QAYTARILSIN QARABAĞ !



Neçə ildir ürəyində dərd, ələm,
Dadsız olub gördüyü gün, ay da həm.
Tapa bilmir əzabına heç məlhəm,
Sahibinə qaytarılsın Qarabağ!



Tutdu yurdu yağı məkri, fitnəsi,
Əlacı yox, yaralıdır sinəsi.
Dost ellərdən gəlməlidir xoş səsi,
Sahibinə qaytarılsın Qarabağ!



Qarabağsız qəlbi şöləsiz, zülmət,
Əfsus, qaçqınları çəkir əziyyət,
Qarabağ qayıtsa sevinər əlbət,
Sahibinə qaytarılsın Qarabağ!



Gözlərdə görürəm qəm dolu həsrət,
Şəhidlər rahatsız, tapmır sükunət.
Ey odlar ölkəsi, topla mətanət,
Sahibinə qaytarılsın Qarabağ!



Haqsız qənim, bir bu qədər çağlama,
Yaman niyyət ilə ülfət saxlama.
Allah, ədalətə qapı bağlama
Sahibinə qaytarılsın Qarabağ!



Vətənpərvər övladları mərd, halal,
Düşmən gülləsindən tapdılar zaval.
İnsan ömrü gördü bunca qalmaqal
Sahibinə qaytarılsın Qarabağ!



Yetər, gülsün daha əsil səadət,
Tapsın öz yerini qızıl həqiqət.
Sülh yolun bəyənsin gərək hər dövlət,
Sahibinə qaytarılsın Qarabağ!



Türk dilli insanlar bir bütöv millət,
Əl-ələ yapışın, göstərin qüvvət.
Dostluqda görünər güc ilə qüdrət,
Sahibinə qaytarılsın Qarabağ!



Azərbaycan dilinə çevirən:
Şahməmməd Dağlaroğlu





ОЗАР ЭЛГА ҚАЙТАРИЛСИН ҚОРАБОҒ




Неча йилдир юрагингда дард, алам,
Татимайди кўрган кунинг, ойинг ҳам,
Тополмайсан азобингга ҳеч малҳам,
Озар элга қайтарилсин Қорабоғ…



Юртни бўлди ёғий макру – фитнаси,
Давоси йўқ битмас хануз яраси,
Келса эди дўст ўлкалар ҳуш саси,
Озар элга қайтарилсин Қорабоғ…



Қорабоғсиз қалбинг шуъласиз, зулмат,
Ғофилларинг чекар афсус, надомат,
Қорабоғ қайтганда қилардинг роҳат,
Озар элга қайтарилсин Қорабоғ…



Кўзларингда кўрдим мунг тўла ҳасрат,
Шаҳидларинг нотинч топмас ҳаловат,
Эй, оловлар юрти, тилай, матонат,
Озар элга қайтарилсин Қорабоғ…



Ноҳақ бўлган ғаним қўним топмагай,
Ёмон ният билан толе чопмагай,
Адолатга Эгам эшик ёпмагай,
Озар элга қайтарилсин Қорабоғ…



Не – не ватанпарварларинг баркамол,
Душман найзасидан топганмиш завол,
Шунча инсон умри уволдир, увол,
Озар элга қайтарилсин Қорабоғ…



Етар, энди кулсин даври саодат,
Қарор топсин асил олтин ҳақиқат,
Сулҳ йўлин танласин ҳар битта давлат,
Озар элга қайтарилсин Қорабоғ…



Туркий забонлилар бир бутун миллат,
Қўлни қўлга беринг, кўрсатинг ҳиммат
Дўстликда кўринар бор кучу – қудрат,
Озар элга қайтарилсин Қорабоғ…



Гулзира Шарипова

www.kafiye.net