Y A Z I X L A R




Qədərimmiş,mən nə deyim,ay Allah?

Bir insana inamıma yazıxlar!

Üz çevirdi,çaylar axdı tərsinə,

Bir insana inamıma yazıxlar!




Qəfil yağdı,yaz üstünü qar aldı,

Zülmət oldu,gün-gündüzüm qaraldı,

Min gümanla getdiyim yol daraldı,

Bir insana inamıma yazıxlar!




Yol tutmuşdum,xoş ünvana gedirdim,

Haqq səsləyib,haqqa ümid edirdim,

Bu yolu da yarıyolda bitirdim,

Bir insana inamıma yazıxlar!




Bundan belə nə fərəhim,nə şənim?

Xəzan gəldi,yağmalandı gülşənim,

Yer qalmadı ki çırpınım-eşənim,

Bir insana inamıma yazıxlar!




Səslədiyim “yox”a, “hə”yə əlvida,

Tar-kamana,saza,neyə əlvida,

Bundan belə day,hər şeyə əlvida,

Bir insana inamıma yazıxlar!

Bir insana inamıma yazıxlar!





Məzahir İsgəndər

30.08.2021

www.kafiye.net