Şəhid oldular




Ürəklər həsrətdən buzla baglandı,

Bir dilim istiyə möhtac qaldılar…

Ruhlar sozaldıqca, hisslər talandı,

Dözmədi arzular, şəhid oldular.




Əsir qız gəlinlə qeyrət itirdik

Axan qan selinə səbir gətirdik…

Satqınlar əlindən ,,nəzir” götürdük.

Dözmədi arzular, şəhid oldular.




Kiminin qəbiri qazılı qaldı,

Kimi namazdaydı,qəzalı qaldı,

Toylara dəvətlər yazılı qaldı.

Dözmədi arzular şəhid oldular.




Acı xatirələr kələf — kəıəfdi,

Yumagı düyünlü, hiylə, kələydi.

Deyəndə vətənsiz kəs naxələfdi*

Dözmədi arzular şəhid oldular.




Fəridə Köçərli.

27.08.20.

www.kafiye.net