G E R İ D Ö N

Qayıt,yerinə qoy ayı,günəşi,

Yenə olduğumtək görüm həyatı.

Qayıt gözüm nuru,könlüm atəşi,

Qayıt,sahmana sal bu kainatl!



Əli Kərim

————–




Görmürəm yol məni hara aparır,

Qayıt,dağıt bu çəni,bu dumanı.

Dön dinim-imanım,inamım mənim,

Dön!..Dönməyin deyilmidir zamanı?




Dön dinim-imanım,inamım mənim,

Dön çəmənim,dön gülşənim,dön gülüm!

Qoyma yesin məni həsrət,intizar,

Qıyma yanıb,yana-yana tökülüm.




Dön çəmənim!..Dön gülşənim!..Dön gülüm!

Dön günəşim!..Dön ulduzum!..Dön ayım!

Dön ürəyim!..Dön damarım!..Dön qanım!

Dön ey yazım,ey baharım,ey yayım!




Dön ürəyim,ey damarım,ey qanım!

Dön ey əzmim,ey əl-qolum,qanadım!

Dön ey gücüm,cəsarətim,şöhrətim,

Dön də,dön də sən ey yaşam həvəsim!




Dön ey əzmim,ey əl-qolum,qanadım!

Dön də!..Dön də ey sabahım,dan çağım!

Dön ey gözüm,ey göz nurum,işığım,

Dön də!..Dön də sən ey şərəf-şan çağım!




Dön ey gözüm,ey göz nurum,işığım!

Dön həvəsim!..Dön nəfəsim!..Dön səsim!

Dön ki dönüb yenə də mən özümə,

Min həvəslə yaşamağa tələsim…




… Dön də qaytar məni mənim özümə,

Fikirlər başımda tufan qoparır.

Gedirəm…gedirəm,bilmirəm ancaq,

Bu yol məni haralara aparır?





Məzahir İsgəndər

www.kafiye.net