MÜBARƏK



Dünya sənin,Vətən sənin,el sənin,

Uca dağlar,geniş çöllər,gül sənin,

Bülbül kimi nəğmə deyən dil sənin,

Bir yaşındır bu ad günün mübarək!




Rövşən adın yaşat oğlum özündə,

Böyü,boy at, doğru ol öz sözündə,

Bir ata ol bibilərin gözündə,

Atanı da təbrik edək biz gərək,

Ata-oğul,Ad gününüz mübarək!




Yaşa bu Vətəndə xosbəxt-firavan,

Hər zaman gülərüz,bəxtəvər oglan,

Sənə alqış desin yer-göy,asiman,

Qoy ad günün,bu şad günün mübarək!




Sən bu nəslin ürəyisən, ürəyi,

Həm Atanın,həm nənənin diləyi,

Bibilərin “Atam” sözü,mələyi,

Qoy ilk yaşın,bu ad günün mübarək!




Solmaz sənə qurban deyir özünü,

Yazır sənə arzu-dilək sözünü,

💯

O gün olsun təbrik edək -ünü,

Bu gündə edirəm,mən də bir dilək,

Gözəl günün,bu şad günün mübarək!





Solmaz Şirvanlı {AYNAZ CƏVAHİR KƏLAM}
24-08-2021
www.kafiye.net