Sən mənim göz bəbəyim





Sən mənim göz bəbəyim

Sən arzu kamım idin,

Qismətim də olmayan

Sən oğul payım idin.




Kəm oldu arzularım

Ümidlərim qırıldı.

Səni əlimdən alıb

Torpaq sənə sarıldı.




Gülüşümün altında

Gizlədirəm ağrımı.

İstəmirdin bilirəm

Heç vaxt ağlamağımı.




Süzülür göz yaşlarım

Gizlin axır qəlbimə.

Kimsəyə bildirmərəm.

Gətirmərəm dilimə.




Səsin qulaqlarımda,

Əksin göz önümdədir.

Sən özün olmasan da

Ruhun da mənimlədir.




Nahidə Tağıyeva
www.kafiye.net