S Ə N S E V M Ə S Ə N D Ə




Səni sevəcəyəm sən sevməsən də,

Səni sevəcəyəm hava,su kimi.

Səni sevəcəyəm səndən uzaqda

Bir qəlbin əlyetməz arzusu kimi.




Səni sevəcəyəm hava,su kimi,

Səni sevəcəyəm, olsan harda da.

Səni sevəcəyəm hökmün sən verən,

İlgəyin sən çəkən qara darda da.




Səni sevəcəyəm lal yuxularda,

Səni sevəcəyəm dağda-daşda da.

Səni sevəcəyəm,sənin vəslinə

Ram olub-yetməsəm lap yüz yaşda da.




Səni sevəcəyəm həp gecə-gündüz,

Səni sevəcəyəm,səni səsləyib.

Səni sevəcəyəm sənin adını

Ürəyimin ortasında bəsləyib.




Səni sevəcəyəm səni səsləyib,

Səni sevəcəyəm,səs verməsən də.

Səni sevəcəm,mənim qəsdimə

Olan bu zülmünə bəs deməsən də.




Səni sevəcəyəm,bir səs verməyib,

Sən məni qəlbindən silsən də,gülüm!

Səni sevəcəyəm bu mübhəm eşqə

Qəbrimin başında gülsən də,gülüm!..




…Səni sevəcəyəm,bir yol mən sarı

Gövrəlib,üzünü çevirməsən də.

Biləsən budu ki istəyim,ancaq,

Səni sevəcəyəm,sən zevməsən də…




Məzahir İsgəndər

17.08.2021

www.kafiye.net