Bir şeirdə deyir ki,ikimizin əvəzinə sevərəm,sən sevməsəm də olar.



Sevəmmərəm



Söz versəm də hərdən özüm özümə,

Sevəmmərəm ikimizin yerinə.

Eşq diqqətsə,yer yox əzmə, dözümə.

Ölçü sıgmaz öz sevgi dəyərimə,

Sevəmmərəm ikimizin yerinə.




Sevmək olmaz iki aşiq əvəzdən,

Söyləyənlər bunu söylər məzədən,

Sənsiz ölüb,dirilsəm də təzədən,

Sevgim dərya,ha baş vursam dərinə,

Sevəmmərəm ikimizin yerinə.




Hər cəfaya dözüb,sinə gərsəm də,

Sənin üçün ulduzları dərsəm də,

Günəş olub, səni Ayım görsəm də,

Özünü qoy lap sən mənim yerimə,

Onda gərək,Ay günəşə görünə,




Sevəmmərəm ikimizin yerinə.

Gözəl edir sözü ,sazı aşıgı,

Tək səsiylə verməz o yaraşıgı,…

Kim doyubdur yalamaqla qaşıgı?

Bitərəf eşq bəs etməz dərd-sərimə,
Sevəmmərəm ikimizin yerinə.



Fəridə Köçərli.

17.08.21.
www.kafiye.net