Dünyam qaraldı…


Dedi, mən necəyəm?, düzünü söylə,

Dedim, söz acizdi elə gözəlsən.

Dedi, şair, onda məni vəsv eylə,

Dedim, başdan başa şer, qəzəlsən.




Dedim, hər yanağın parlayan ulduz,

Dilində bal gəzir, söhbətində duz.

Ay ceyran yerişlim, ahu baxışlım,

Yaradan yaradıb səni qüsursuz.




İlk gördüyüm andan sənə can dedim,

Mənimtək atəşə sən də yan, dedim.

Qorxdum inciyərsən, küsərsən məndən,

Sevgimi gözümlə, çox pünhan dedim.




Sakitəm, baxışla canımı aldı.

Sərasər könlümü dərdlərə saldı.

Bir az gülümsəyib, naz ilə canan,

Gözünü qapadı, dünyam qaraldı…




Sakit Memmedova
www.kafiye.net