ŞEYTAN ÖVLADLARINA



Allah bu nə zülüm necə bəladır,

Anamız təbiət od tutub yanır.

Şeytanlar dünyanı alıb cənginə,

Özünü atəşin övladı sanır.




Dünyanın qəlbini odlayəb hər gün,

Özünü qəhrəman kimi zənn edir.

Düşmənlik insanlar arasındasa,

Maralın, ceyranın günahı nədir?.




Görəndə günahsız yanan canları,

İnsan ürəyinin qalarmı tabı?

Hələ yuvasını dəlilər kimi,

Küllərin içində gəzən sincabı.




Sənə aciz deyim, yoxsa ki, qatil,

Gücün təbiətə yetdimi sənin?

Ey şeytan övladı, haqq-ədalətə,

Nə qədər qəlbində var imiş kinin.




Axı təbiətin övladlarıydı,

Yakdığın günahsız canın hər biri.

Nə qədər heyvanlar, quşlar, böcəklər,

Yandı alovlarda diribə-diri.




Ey şeytan övladı, ayaq saxla dur,

Gendən əsərini seyr elə bir az.

Amma unutma ki, bu sitəmləri,

Tanrı yerdə qoyar, yanına qoymaz.




Sən də yanacaqsan yandırdığıntək,

O gün harayına hay olmayacaq.

Bircə ovuc külün qalana qədər,

Səpməyə su belə tapılmayacaq.



Müəllif.M.Duyğulu.

03.08.2021

www..kafiye.net