OĞUL DÜŞMƏN ÇƏPƏRİDİR.

11 Cİ HİSSƏ.



Həmin gün sabah açılandan Əkrəmin ürəyi çox narahat idi. Özündən ixtiyarsız zəng gözləyən adam kimi hey telefona baxırdı. Əslində isə gözlədiyi zəng də yox idi.

Yenicə işə çatmışdı ki, telefona zəng gəldi. Zəng edən Qabil idi. Əkrəm böyük nigarançıləqla telefonu götürdü.

-Xeyir ola ay Allah səhər-səhər Qabil zəng edib. Əkrəm telefonu açdı.

-Alo!

Alo ata..ata deyib Qabil ağlayırdı. Oğlunun səsini eşidən kimi Əkrəm dəli kimi ayağa qalxdı.

Alo oğlum cavab ver görüm nə olub? Nədən ağlayırsan?

Qabilin dili söz tutmurdu. O, sadəcə anam deyib hönkürürdü.

Əkrəm telefonu söndürüb, iti addımlarla şirkətdən çıxdı. Yenicə maşına minmişdi ki, telefonu yenidən zəng çaldı. Yenə də Qabil zəng edirdi.

Alo oğlum, adamı çatlatma de görüm nə olub? Qabil bu dəfə bir az toxtamışdı.

-Ata xəstəxanaya gəl.Anam nərdivanlardan düşdü. Əkrəm təəcüblə cavab verdi. Necə yəni nərdivənlərdən düşdü?səhər-səhər nərdivənlərdə nə edirdi ki anan?

Qabilin səsi sanki quyunun dibindən gəlirdi.

Ata, gəl xəstəxanaya danışarıq deyib telefonu söndürdü.

Əkrəm xəstəxanaya çatanda, anasının fəryad dolu göz yaşlarını eşitdi. O, dizinə vura-vura deyirdi.

Budamı başımıza gələcəkdi Allah? Günahımız nə idi bizim ki, bu müsibətləri verirsən? Mənsurə qaynanasını sakitləşdirməyə çalışır, Habil isə lal-dinməz Qabilin üzünə baxırdı.

Əkrəm Qabili qucaqlayıb bağrına basdı. O, oğlunun bu cür göz yaşı tökməyini ilk dəfə idi ki, görürdü. Buna görə də ürəyi heç dözmədi. Əkrəm oğlundan hadisənin səbəbini soruşanda o, başını aşağı salıb qızardı və qardaşının üzünə baxıb susdu.

Səninlə deyiləm? Cavab ver. Anan necə oldu ki, nərdivənlərdən düşdü?

Qabil, bir müddət susduqdan sonra, başını qaldırıb dedi.

-Ata vallah bilmədən oldu. Mən qəsdən itələmədim.

Qabilin bu kəlməsi, Əkrəmi sanki yuxudan ayıltdı. O, diksinərək qəzəb dolu baxışlarla oğlunun gözlərinin içinə baxdı.

-Necə yəni itələdim? Bu nə sözdür? Sən ananın qatilisən? Qabil atasını qucaqlayıb ağlamaq istəyəndə, Əkrəm onu özündən kənarlaşdırıb dedi. Dua et ki, anan sağalsın.

Elə bu an həkim qapıda göründü. Həkimi görən Əkrəm ona tərəf addımladı.

-Həkim, mən xəstənin həyat yoldaşıyam. O necədir?

Həkim bir az fikrə getdi sonra isə sakit bir tərzdə dedi.

Xəstənin vəziyyəti ağırdır. Kəllə-beyin travması alıb.Hələ ki, bir söz deyə bilmərəm. Narkozdan ayılsın baxarıq. Hə birdə hadisə necə olub? Mütləq bu barədə də məlumat verin.

Əkrəmin başı fırlanıb gözlərinə qaranlıq çökdü. Sanki yer ayağının altından qaçırdı. O, yaşla dolu gözlərini oğlunun gözlərinə dikdi və sonra həkimə cavab verdi.

Yaxşı həkim, özümüzə gələk, məlumat verərik. Həkim Əkrəmin qolundan tutub dedi.Siz özünüzü yaxşı hiss edirsinizmi? Rənginiz bəm-bəyaz oldu.

Yox yaxşıyam deyib Əkrəm özünü toxtaq tutmağa çalışdı.

Həkim getdikdən sonra, Qabil atasına üzünü tutub dedi.

-Ata, nə deyəcəyik?

Əkrəm oğluna nə cavab verəcəyini bilmədi. Bir az düşünəndən sonra dedi.Həqiqətləri.

-Nə danışırsan ata?Məni həbs edərlər. Hələ qumar işim də ortaya çıxsa…

Əkrəm tərs-tərs ona baxdı.

Nə qumar məsələsi?

Qabilin qaçmağa yolu qalmamışdı.Buna görə də hər şeyi atasına danışmaq məcburiyyətində idi. O, düşünürdü ki, bununla bəlkə atası onu bağışlayar.

Qabil atasına, qurtar məni deyib yalvarırdı. Habil atası və qardaşını kənardan izləsə də, deməyə söz tapmırdı.Çünki sözün bitdiyi yer idi.

Bir neçə saatdan sonra həkim, Məsmənin narkozdan ayıldığı xəbəri gətirdi və onu da bildirdi ki, Məsmə fərc olub. O, nə yeriyə nə də danışa biləcək. Nə qədər yaşamağı isə Allaha məxsusdur.

Bu acı xəbər, ailəni alt-üst eləmişdi.

Xəbər polislərə çatdığından onlar da xəstəxananın önünü kəsdirib, izahat istəyirdilər. Qabil nə qədər qorxsa da, ürəyində bir ümüd işığı var idi ki, atası onun həbs olmağına göz yuma bilməz. Lakin bu belə olmadı. İzahat zamanı Əkrəm, hər şeyi olduğu kimi anlatdı. Həlimə oğlunun bu hərəkətini görüb təəccüblə dedi.

Oğlum, bu nə hərəkətdir? Adam da öz balasından şikayət edərmi?

Əkrəm anasını sakitləşdirməyə çalışdı.

-Sakit ol ana. Lazım gələrsə edər. Qabilin bütün səhvlərinə göz yuma-yuma onu uçuruma sürükləyən biz olmadıqmı? İndi də oğlum ana qatili ola-ola onu müdafiə etməliyəmmi?

Tutaq ki, müdafiə etdim.Bəs sonra? Sonra hansı cinayətlərə əl atacaq? Bu uşaq böyüyən gündən kimsələrlə yola getmədi. Amma günahkar ola-ola haqlı çıxardıq. Bax sonluq da göz qabağındadır. Həlimə oğlunun haqlı olduğunu bilsə də, nəvəsinin dəmir barmaqlıqlar arasında qalmağına ürəyi dözmürdü.

Əkrəm Məsməni xəsfəxanadan çıxarıb evə gətirdi. Mənsurə isə alnını düyünləmədən ona qulluq edir, onun sevdiyi yeməkləri bişirir öz əlləri ilə də uşaq kimi yedirirdi.Məsmə isə gözlərini bir nöqtəyə zilləyib baxırdı.Bəzən isə gözlərini Mənsurənin gözlərinin içinə tuşlayır, ona nəsə demək istəyirdi. Mənsurə isə Məsməyə bir ana nəvazişi ilə qulluq edirdi. Kim bilir bəlkə də Məsmə Mənsurənin bu münasibətindən utanır, ondam üzr diləyib, halallıq almaq istəyirdi. Amma danışmağ dili yox idi. Mənsurə, bu baxışların nə demək istədiyini gözəl bilirdi. Buna görə də hər qulluq etdikdə o, Məsməyə halalın olsun deyib çəkilərdi.

Məsmənin dərdinin əlacsız olduğunu bilsə də, Mənsurə ümüdlə onun sağalacağını gözləyir, hər fürsətdə ona təskinlik verirdi.

-Məsmə, yadındamı ?hamilə olanda mənə sevdiyin yeməkləri bişirtdirərdin. Yeməklər ləzzətli olsa belə bəyənməz yenisi istəyərdin. Bax sağal qalx ayağa, söz verirəm nə istəsən edəcəyəm. Təki sən sağal deyib mehribanlıqla onun saçlarını oxşadı.

Qabil həbsxanaya düşən gündən, Həlimənin ürəyində problemlər yaranmağa başladı. O, ürəyindən əziyyət çəksə də bunu kimsəyə bildirmək istəmirdi. Çünki, Mənsurənin bu qədər yaxşılığı ailədə hər kəsi utandırırdı. Ailənin bu cür bəlalalara düçar olmağının bir səbəbi də Həlimənin nəvə istəyi ilə yanıb tutuşması və əlüstü oğlunu ikinci dəfə evləndirib nəvə sahibi olmağı idi. Məhz buna görə də Həlimə özünü bağışlaya bilmirdi.

Mənsurə qızım mənə bir çay verərsənmi deyə Həlimə gəlinini səslədi. Mənsurə, cəld ayağa qalxaraq, niyə gətirmirəm ana, bu dəqiqə deyib mətbəxə qaçdı.

Həlimə onun arxasınca, özünə də süz bir az söhbət edək deyərək onun səsləndi.

Mənsurə çayları gətirib qaynanasının yanında otirdu. Həlimə onun üzünə diqqətlə baxıb köks ötürərək dedi. Ay qızım Habil evlənsəydin sənin də yükün üzərindən götürülərdi. Tək-təkinə çox yorulursan. Mənsurə çayından bir qurtum alıb gülümsündü.

-Anacan mən də istəyərəm ki, oğlum evlənsin, gəlinim olsun. Amma evlilik tələsmək və ya mənim istəklərimə tabe olmaq deyildir. Bunu Habil özü istəməlidir. Çünki, evlilik dediyin sevgi üzərində qurulmalıdır yoxsa sonu xoşagəlməz hadisələrlə bitər. Həlimə dərindən köks ötürüb əlini ürəyinin üstünə apardı və dedi.

Düz deyirsən qızım. Mən buna görə sənin yanında çox günahkaram. Əkrəmlə sən biri-birinizi dəlicəsinə sevdiyiniz halda mən, nəvə sevdasıyla sizin aranıza üçüncü birini soxdum. Bəlkə elə bunun cəzasıdır mən çəkirəm. Mənsjrə qaynanasının bu sözünü eşidib udqunaraq, fincanını nəlbəkisinə qoydu.

Elə demə ana. Habil mənim Allahdan gələn ən əziz hədiyyəmdir. Həmin hədiyyəni də bax üçüncü dediyin bu qadın mənə verib deyərək əli ilə Məsməni göstərdi.

Həlimə, gəlininin əllərindən tutub dedi.

Sənin nə gözəl ürəyin var bala. Dünya sənin kimilərlə dolu olaydı kaş. O zaman nə gözəl olardı. Qaynanasının sözlərini Məsmə də dinləyirdi. Onun bəlkə də dili olsaydı hər bir kəlməsini təsdiqləyərdi. Amma o, bu sözləri yalnız peşmanlıqla axan göz yaşları ilə təsdiqləyə bildi.

Habil universitetdən Samirə adlı bir qızla tanışmışdı. O, çox mehriban və ürəyəyatım bir qız idi. Zamanla bu dostluq aralarında sevgiyə çevrilmişdi. Amma Habil sevgisini valideyinlərindən gizlətmək məcburiyyətində idi. Çünki, onun istəyi, universiteti bitirib, öz işini qurmaq sonra evlənmək idi. O, çox yaxşı bilirdi ki, bu barədə ata-anası bilsə evlən deyib başının ətini yeyəcəklər. Həm də axı qardaşı yenicə həbsxanaya gilmişdi. Bu və bu kimi problemlər onu öz sevgisini ürəyinə həbs etməyə məcbur edirdi.

Mənsurə bir neçə dəfə oğlunun ağzını arasa da ondan bu barədə bir kəlmə də qopara bilməmişdi.

Bu hadisələrdən bir neçə ay keçmişdi. Məsmənin vəziyyəti getdikcə ağırlaşırdı. Artıq Mənsurə ona yemək də yedirə bilmirdi. Məsmə gözlərini bir nöqtəyə tuşlayıb ölü kimi uzanırdı. Hərdən də gözlərini çevirib qapıya baxır, sanki oğlunu görməyə can atırdı. Evdə hər kəs onun başı üzərində olsa da o, gözlərini qapıya dikib durmuşdu.

Əkrəm Məsmə üçün həkim çağırdı.

Həkim Məsməni müayinə etdikdən sonra dedi. Xəstə son günlərini yaşayır. Bütün əzizləri vidalaşsa yaxşı olar.

Mənsurə həkimin sözlərini eşidən kimi Əkrəmin əl-ayağına düşüb yalvardı ki, bir saatlıq da olsa Qabili gətirsin. Çünki o, qapıya tuşlanan baxışların nə demək istədiyini gözəl anlayırdı.

Ertəsi gün Əkrəm, həbsxanaya getdi.

Bir saatlıq saatlıq icazə isə bir neçə saata başa gəlmişdi. Məsmənin göz qapaqları yavaş-yavaş yumulur, sonra isə diksinərək yenidən açıb qapıya baxmağa cəhd edirdi. Mənsurə isə evdə qərar tuta bilmir gah evə gah da bayıra çıxıb Əkrəmlə Qabilin yolunu gözləyirdi.

O, səbri tükənmiş halda Habili çölə çıxarıb dedi.

Oğlum, bir zəng elə gör harda qaldılar? Məsmə artıq son dəqiqələrini yaşayır axı. Elə bunu demişdi ki, darvaza qapısı açıldı. Qabil iki polis ilə içəri girdi Əkrəm də onların arxasınca. Qabil gözü yaşlı anam hanı deyib dəvikməyə başladı. Mənsurə tez Qabilin qolundan yapışıb onu Məsmə yatan otağa apardı.

Məsmənin göz qapaqları düşmüşdü. Amma o, sanki oğlunun gəlişini hiss edib ağır-ağır gözünü açdı. Qabili qarşısında görüb gülümsündü və gözlərini əbədiyyən yumdu.

Qabil, anasını qucaqlayıb hönkürür, əlləri ilə başına döyərək, sənin qatilin mənəm ana öz balandır deyirdi. Məsmə isə bunları nə görür nə də duyurdu. O, öz günahları ilə bərabər köçüb getmişdi.

Ardı var


Metanet  Duyğulu
www.kafiye.net