OĞUL DÜŞMƏN ÇƏPƏRİDİR.

10-cu hissə.



Universitet həyatı Habili olduğundan daha mükəmmələşdirmişdi. O, gecəsini gündüzünə qatıb oxuyur, boş vaxtlarında isə şirkətdə atasının işlərinə yardım edirdi. Evə gəldikdə isə yorğunluğunu anasından gizlədərdi. Hərdən də nənəsi ilə zarafatlaşardı ki, babasının yoxluğunu unutdura bilsin. Amma Qabilin fərsizliyi onu çox narahat edirdi. Bəzən gecə yarısına qədər qardaşını axtarır qumar və meyxanələrdən güc-bəla ilə çəkib evə gətirərdi.

Məsmə Qabili nə qədər yola gətirmək istəsə də gücü yetmirdi. O, artıq ipin ucunu çoxdan buraxdığını çox gec başa düşmüşdü. Günlər keçdilcə o,hiss edirdi ki, ərinin bu mülkləri onun adına keçirməsi böyük yanlışlıq olub

Əkrəm Habil oğlu ilə fəxr etdikcə, Qabil oğlundan da utanırdı. Artıq iş o yerə gəlib çatmışdı ki, Qabilə bir söz deyə bilmirdi

Qabil hər sözə qışqır-bağır salır, evdən qaçır, bəzən isə günlərlə evə gəlmirdi.

O gün Əkrəm evə çox qanı qara gəldi. Həmin gün o, nə yemək yedi, nə çay içdi nə də ki, ağzını bıçaq açdı. İki əli ilə başını tutub uzun uzadı xəyallara dalır, gözlərini bir nöqtədən ayırmırdı. Mənsurə Əriniin bu narahatlığının səbəbini dəfələrlə soruşsa da cavab ala bilməmişdi. Bir neçə saat bu vəziyyətdə qalan Əkrəm, anidən yerindən qalxaraq evdən çıxıb Məsmənin evinə getdi.

Məsmə adəti üzrə əli qoynunda oğlunu gözləyirdi ki, qapıda Əkrəmi gördü. O, Ərinin solmuş bənizini görüb çox qorxdu və soruşdu.

Nə olub Əkrəm, yoxsa Qabilə nəsə olub?

Əkrəm, başını qaldırıb susqun-susqun Məsmənin üzünə baxdı. Bu baxışları görən Məsmə daha da təşvişə düşdü.

-Əkrəm düzünü de Qabilə nəsə olub? Niyə danışmırsan deyib ərinin yaxasını çəkişdirdi.

Əkrəm sanki qəflət yuxusundan ayılaraq, Məsmənin əlini yaxasından çəkdi.

-Sakit ol görüm. Qabilə heç nə olmayıb. Yenə də evə gəlməyib hə?

Məsmə üzgün halda başı ilə yox cavabı verdi. Əkrəm stulu çəkib onunla üz-üzə oturdu və hirsindən əsən əlləri ilə onun qolundan tutdu.

-Bilirsənmi oğlun nə edib?

Məsmə ilan vurmuş kimi sıçradı.

-Yoox nə edib ki?

Əkrəm yumruğunu sıxıb masaya çırpdı.

Kredit kartından külli miqdarda pul çəkib. Belə getsə şirkəti batıracaq. Mən o qədər pulu necə ödəyəcəyəm? Bu qalsın bir kənara bəs həmin pulları nə edib?

Məsmə çiynini çəkdi və gözündən bir damla yaş gilələnib masaya düşdü.

-Mən bu uşaqla neynim ay Əkrəm mənə bir yol göstər deyib əllərini üzünə tutdu və hönkür-hönkür ağlamağa başladı.

Gecə yarıdan keçmişdi. Məsmə darvaza qapısının səsinə yuxudan oyandı. Gələn Qabil idi. Yenə də həmişəki kimi içkili gəlmişdi. O, yerindən qalxıb oğlunun qarşısına çıxmaq istəyəndə, Əkrəm onun qolundan tutub saxıadı.

-Dayan! Hara gedirsən?

Məsmə qolunu ərinin əlindən qoparmaq üçün çırpınsa da Əkrəm onun qolunu buraxmadı.

-Gecənin bu vaxtı içkili gələn oğulu qarşılayacaqsan? Bəlkə bir xoş gəldin də deyəsən deyib kinayəli baxışlarla Məsməni süzdü.

Qabil isə ayaq üstündə dura bilmir ucadan anasını səsləyirdi.

Anaaa mən gəldim.Çıx əziz oğlunu qarşıla.

O, anasını görmədikdə daha da səsini yüksəltməyə başladı.

Anaaa səninlə deyiləm?

Əkrəm ayağa qalxıb qapıdan çölə çıxdı və ayaq üstə dura bilməyən oğlunun qarşında dayandı.

-Nə bağırırsan nə olub? Hələ bu vaxt içkili gəldiyin azmış kimi eşşək kimi anqırırsan da?

Qabil atasını qarşısında görüb gülməyə başladı.

Ooo sənsən atacan? Xoş gəlmisən.Sən hara bura hara? Ha ha ha ha. Hə yəqin ki, yolunu azıb qapıları səhv salmısan.

Əkrəm Qabilin sırtıq gülüşlərinə dözə bilməyib əlini qaldırıb üzünə bir sillə vurdu.

-Hələ utanmırsan gülürsən də.

Sən evində olsan məni burada görərsən.Amma küçələrdən yığışmırsan.

Rədd ol otağına yat. Başqalarını da narahat etmə.Qabil, atasının silləsinin təsirindən büdrəsə də yıxılmadı. O, atasına, sən kişi deyilsən deyib ləngərləyə-ləngərləyə otağına getdi.

Həmin gecə nə Əkrəmin nə də Məsmənin gözünə yuxu getmədi. Məsmə ağlayır, Əkrəm isə otaqda var-gəl edirdi.

Bir sabah da belə açıldı. Əkrəm yuxudan oyanıb oğlunun otağına getdi. Qabil, içkinin təsirindən soyunmamış yıxılıb yatmışdı. O, oğlunun çiynindən tutub silkələdi.

-Qabil qalx ayağa.

Qabil, atasına məhəl qoymur, mızıldanaraq yastığı başına çəkirdi. Səbri tükənən Əkrəm yastığı hirslə onun başı altından çəkib qalx ayağa deyib onun qolunu çəkişdirdi. Qabil yarı oyaq, yarı yuxulu başını qaldırıb dedi.

Eehhh nə olub? Nə sabah açılmadan başımın üstünü kəsdirmisən? Əkrəm onun qolundan tutub silkələdi.

Qalx deyirəm sənə. De görüm o qədər pulu neyləmisən? Qabil heç nə bilmirmiş kimi soruşdu.

Ehhh nə pul eyy?

Əkrəm qışqırdı. Kredit kartdan çəkdiyin o külli miqdarda pullar. Sən düşünmürsən ki, bu şirkət batsa hamımız sən də daxil olmaqla batarıq?

Qabil ayağa qalxıb atasının üzünə tərs-tərs baxdı.

Nə pis iş olsa məndən gör. Bəlkə Habil çəkib olmazmı?

Əkrəm olmaz deyə bağırdı.

Olmaz! Çünki o, sənin kimi sərsəri oğul deyil. Baban sənə düşmən çəpəri deyirdi. Haradan biləydi ki, sən düşmən çəpəri deyil, elə bizə düşmən doğulmusan.

Qabil atasının bu sözündən sonra daha da səsini qaldırdı.

Hə düşmənəm anladınmı düşmənəm. Çıx get buradan deyib onun sinəsindən itələdi. Çıx get sevimli oğlunun yanına. Əkrəm heç nə demədən başını fırlayıb evdən çıxdı.

Külli miqdarda pul itgisindən sonra Əkrəmin işləri zəifləməyə başlamışdı.O, Qabildə olan bütün kartları bağlamaqla elə zənn edirdi ki, oğlu pul tapmayıb evə-eşiyə yığışar. Amma bu belə olmadı. Qabil hər gün evdə dava-dalaş çıxarır, atasının bu münasibətinə görə Habili günahlandırırdı.

Məhz buna görə də Habil universiteti bitirmədən evdən ayrılmaq qərarına gəldi.

O, qərarını atasına bildirdikdə atası ilk öncə narazı oldu amma, oğlunun qərarlı olduğunu görüb naəlac razı oldu. O, həmin an, illərdir gizlədiyi bir sirri oğluna açdı.

-oğlum, indi ki, qərarın qətidir onda sənə bir sirri də açmaq istəyirəm. Habil təəccüb dolu baxışlarla atasını süzüb dedi.

-Nə sirr ata?

Əkrəm əlini oğlunun çiyninə qoyaraq, bir az dərin düşüncələrə daldı. Sonra başını qaldırıb oğlunun üzünə baxıb dedi.

-oğlum, rəhmətlik baban sanki olacaqları hiss edibmiş. O, ölümündən öncə sənin hesabına bir az pul yatırmışdı. Mənə də vəsiyyət etmişdi ki, onu sənə toyun günü, ondan sənə hədiyyəsi olaraq verim. Amma, mən elə bu gündən onu sənə vermək istəyirəm. Götür həmin pulu, babanın vəsiyyət etdiyi torpaqda da bir ev tikdir.

Mən ki, belə görürəm nəinki sənin, heç mənim də bu evdə yaşamaq hüququm olmayacaq. Habil atasının bulud kimi dolmuş gözlərini görcək, onun çiyinlərindən tutub sinəsinə sıxdı.

-Ata can, ürəyini sıxma hər şey qaydasına düşəcək. Çalışacağam ki, Qabili də doğru yola yönləndirim. Əkrəm başını fırladı.

-Yox bala inanmıram qardaşın düzələ.

Oğlan uşağını ərköyün böyütdünsə, həyatına balta vurdun demək. Biz o baltanı elə vurmuşuq ki, param-parça olub deyərək, əli ilə yaşaran gözlərini sildi.

Bəli illər keçdi, Habil universiteti bitirb anası və nənəsi ilə yeni evə köçdülər.

Yeni ev, dənizə yaxın, mənzərəli bir yerdə idi.

Habil də şirkətdə işə qəbul olunub atasına kömək etməyə başlamışdı.

Qabil nə qədər əzab versə də, Əkrəm daha onu başına buraxmır, vaxtının çoxunu onunla keçirirdi. Qabil yavaş-yavaş doğru yollu tapmaq üzrə idi. Lakin ətrafı buna imkan vermirdi. Düşdüyü bataqlıqdan çıxmaq bir o qədər də asan deyildi. O, bu günə qədər etdiklərindən peşiman olsa da, buraxdığı səhvlər onu qaraba-qara izləyirdi.

Uduzduğu pulları, qumar sahibləri hər gün təhdid edərək istəyirdilər. Qabil isə bunu atasına və qardaşına deməyə çəkinirdi. Buna görə də o, qərara aldı ki, yaşadığı evi verib hesabı bağlasın. Sonra Habil kimi bir ev tikib daşınsın. Belə də oldu.

Səhər yenicə açılmışdı. Məsmə yuxudan oyanıb, samovarı salmışdı. O, oğlunu oyatmağa getmək istəyərkən, darvaza qapısı möhkəm-möhkəm döyülməyə başladı. Məsmə pillələri yenidən enərək deyinə-deyinə qapıya tərəf getdi.

-Ay bala nə olub yanğınmı var?

Deyib qapını açanda, qarşısında bir neçə tanımadığı adamları gördü.

Salam xala Qabil gilin evi buradır?

Məsmənin rəngi qaçdı. Hiss etdi ki, bu gələnlər heç də xeyirə gəlməyiblər.

-Hə Qabil gilin evidir nə lazımdır?

Adamlardan biri önə çıxıb dedi. Bu evi Qabil bizə satıb. Gəlmişik deyək ki, bir ay müddətində evi boşaldın.

Bu sözləri eşitcək, Məsməni sanki tok vurdu. O, yerindəcə donub qaldı və handan-hana özünə gələrək, həmin o, bədheybət kişiyə bağıraraq dedi.

Ay kişi sən kimsən? Ağzın dediklərini qulaqların duyurmu? Qabil bu evi nəyə görə sənə satsın? Kişi, Məsmənin yüksək səslə bağırdığını görüb, hirslə dedi.

Səsini başına atma xala. Əlimizdə sənət var. Elə etməyin ki, heç bir ay da vaxt verməyək. Xoşluqla evi boşaldın.

Məsmə titrək əlləri ilə sənətləri kişinin əlindən alıb baxdı və qapını onların üzünə bağlayıb, oğlunun yataq otağına qalxmaq istədi. Amma onun ayaqları sanki yerimirdi. Başını qaldıranda, Qabili pilləkənin başında gördü. O, heykəl kimi dayanıb anasına baxırdı. Məsmə yerindən sıçrayıb oğlunun yanına qaçdı və yaxasından tutub silkələməyə başladı.

-Sən nə etdin hə? De görün nə etdin? Səni doğduğum günə lənət olsun. Bunu da edəcəkdinmi bizə? deyib oğlunun yaxasından yapışıb ağlayırdı. Qabil yaxasını anasının əlindən çəkib çıxarmaaq istəyirdi lakin, qadının əli sanki yaxasına yapışmışdı. O, əlini yaxamdan çək deyib anasını möhkəm itələdi. Məsmənin əlləri oğlunun yaxasından qopdu və o, yumalanıb nərdivanlardan aşağı düşdü. Qabil anasını qanlar içərisində görüb , ana deyib qışqırdı.

Amma Məsmədən səs -səda gəlmədi. O, gözlərini yummuşdu başınıdan isə qan axırdı. Qabil tez təcili yardım çağırdı.

Təcili yardım gəlib Məsməni xəstəxanaya apardı.




Ardı var

Metanet Duyğulu
www.kafiye.net