Qısqanıram şeirlərimə



Nə ilham pərimsən,nə mənə təbsən
Səni qısqanıram şeirlərimə.
Elə bil təbimə sən bir təbibsən,
Qələmsiz hopursan sətirlərimə
Səni qısqanıram şeirlərimə.


Gah nifrət edirəm,yaddaşdan atıp,
Yüz cür iş görürəm, başımı qatıb,
Ruhum ilhamıma hissimi satıb,
Duygumu çevirib sənin əsrinə.

Səni qısqanıram şeirlərimə.




İçimdə ,,yuyuram təmiz sərirəm”,

,,Bəlkə düzələcək”-sinə gərirəm,
Təəssüf, kollugu gültək becərrəm…
Daha dözəmmirəm kəm-kəsirinə,
Səni qısqanıram şeirlərimə.




Fəridə Köçərli 01.08.21.
www.kafiye.net