ÖMÜR ÇİÇƏYİM




Şaxtaya tuş oldun, qışa tuş oldun,

Dayandın …solmadın , ömür çiçəyim.

Qayaya tuş oldun, daşa tuş oldun,

Yolundan olmadın, ömür çiçəyim.




Taleyə eşq yazdı qələmin biri,

Önünə xətt çəkdi, pozdu digəri,

Bir başqa yönəmdə cızdı məhvəri,

Yolundan qalmadın, ömür çiçəyim.




Bal deyil , bu ömür, bu həyat dedin,

Yayı da, qışı da, off, boyat dedin,

İçində baharı vur, oyat dedim…

Ləçəyin salmadın, ömür çiçəyim.




Gələndə xoşbəxtlik qəm də gəlirmiş,

Ona gizli deyil, Tanrı bilirmiş,

Birin yazdırırmış, birin silirmiş,

İlləti silmədi , ömür çiçəyim.




Sevda da onundu, eşq də onundu,

Qoruyan bərq vuran sevgi donundu,

Kədərə qapılma, demə sonundu,

Sevənlər ölmədi, ömür çiçəyim!




Təvəkkül Goruslu Məmmədov.29.07.2021
www.kafiye.net