ADAM




Geyib qara çuxasını,

Zamana baş əyir adam.

Nə çalırlar oynamağa ,

Yamanca tələsir,adam.




Hərə bir dərdin əlində,

Hərə bir çarə axtarır.

Hansı havaya oynasın,

Yaman fikirləşir,adam .




Sözlə əyib,sözlə qırır,

Düz əməlli insanları .

Həyat sıxır ,həyat yıxır,

Yamanca kirlənir, adam ..




Əl uzadıb,ümid verir

Ürəyinə məlhəm deyir

Şər gətirir ,vermir xeyir

Yamanca aldanır,adam




Esmer  Bağırov
www.kafiye.net