İGİD .




Şəhid general Polad Həşimovun xatirəsinə

Nurlu simasına ,gülər üzünə

Polad əqidəsi yaraşan igid!

Açdın neçə cığır,açdın neçə yol,




Əsgərlə səngərdə vuruşan igid!

Mübarək şəhidlik zirvəsindəsən

Qanıyla torpağa qatılan igid!

Artıq əbədiyyət nəgməsindəsən




Əcəlin qoynuna atılan igid!

Başın əyilməsin ,dik dur ,Vətənim !

Sənin Polad kimi generalın var !

Neçə oğullara örnək olacaq




Anar, Yaşar kimi igidlərin var!

Sevin ,Ana yurdum,Ana Vətənim

Səni candan artıq sevənlərin var!

Fəxrlə deyirəm ,qürur duyuram

Qisasa yol açan igidlərin var!




20.07.2020.Əsmər Bağırova

www.kafiye.net