ŞƏHİD ŞAHMAR MƏNƏFOVUN XATİRƏSİNƏ




Dağları sıldırım,qayaları sərt,

Dolandı boynundan yollar, vətənin.

Canın qurban verdi neçə igid,mərd,

Sulandı qanından yollar,vətənin.




Yollandı döyüşə neçə gənc əsgər,

Dilində,qəlbində vətən sevgisi.

Ölümün gözünə dik baxan əsgər ,

Ucaltdı tarixə şəhid zirvəsi!




“Qarabağ orden”li şəhidim mənim ,

Fəxrisən vətənin,fəxrisən elin !

Ad qoydun ,ucaldın uca zirvəyə

Adını tarixə yazdın vətənin.




Nə böyük sevgi var – vətən sevgisi,

Nə boyda işıq var gözündə sənin.

Vətənçin ölməyə ,şəhid olmağa

Vüqar var,mətn var üzündə sənin.




Nə keçdi könlündən ,nə arzuladın,

Hansı arzuların yarımçıq,tar-mar?

Bəxtinə yazılan o bəxtəvərin

Dünyasın başına yıxmısan,Şahmar!




Fəryadı göylərə ucalan ata ,

Köksündə göynəyir bir bala dağı.

Əlində “Qarabağ ordeni” tutub

Başının üstündə vətən bayrağı !




Fəxrlə dayanıb, başı dik durub

Fəxrlə dayanıb məzar başında

Oğlu şəhidliyin zirvəsindədir,

Ünvanı yazılıb məzar daşında !



Esmer Bağırova
www.kafiye.net