BƏLKƏ DƏ





Bir tale dərmanı deyilsə bir eşq,

Sevgi də yalandı, eşq də yalandı!

Olmadı mehrabı uca göylərin,

Həyatın içində ömür talandı!




Bəlkə də hər tale atılan zərdi,

Bir üzü xeyirdi, bir üzü şərdi.

Qalan dörd üzünün bitmədi dərdi,

Könül pənc önündə yekdi nalandı!




Gücü yox dikələ, qalxa, silkinə,

İlləti tərk edə, dönə ilkinə!

Bəlkələr o qədər… yenə bəlkə nə,

Bəlkə bu həyatın özü yalandı?




Təvəkkül Horuslu. 07.07.2021

www.kafiye.net