ADAM



Geyib qara çuxasını,

Zamana baş əyir adam.

Nə çalırlar oynamağa ,

Yamanca tələsir adam.




Hərə bir dərdin əlində,

Hərə bir çarə axtarır.

Hansı havaya oynasın,

Yaman fikirləşir adam .




Sözlə əyib,sözlə qırır,

Düz əməlli insanları .

Həyat sıxır ,həyat yıxır,

Yamanca kirlənir adam ..




Əl uzadıb,ümid verir

Ürəyinə məlhəm deyir

Şər gətirir ,vermir xeyir

Yamanca aldanır adam




Esmer   Bağırova
www.kafiye.net