Ne Gözümüz


Biz o vaxtda beləydik ,
Biz indi də beləyik.
Nə gözümüz ac oldu,
Nə əlimiz əyildi.




Həyat bizə vurduğu

Yaraları sağaldı,

Hər yaradan bir acı,

Hər kədərin xətti var.




Hər gün dua edirəm,

Dərd qəmində həddi var.

Göz yaşının içində

Gülüş böyütdü gözüm,




Dərdim divin gücündə,

Dağdan böyükdü dözüm .

Biz indi də beləyik,

Biz o vaxtda beləydik.




Dəyişmədi yolumuz,

Addım addım böyüdük .

Biz həmişə baharıq,

Biz kölgəli söyüdük,




Kölgəsində bulağı,

Suyu şirin torpağıq.

Bu o vaxtda beləydi,

Bu indi də belədir!



Nə yaxşı ki belədir!

Nə yaxşı ki beləyik!


Dilşad Araz
www.kafiye.net