OĞUL DÜŞMƏN ÇƏPƏRİDİR.

2-Cİ HİSSƏ



Deyirlər ümüd sonda ölür. Bəli bu belədir.Mənsurə, göz yaşlarının ağuşundaca yuxuya getmişdi. Qəribə bir yuxu, onun ölmüş arzularının içərisindən bir ümüd işığı közərtmişdi.

Əkrəm, qucağında bir oğlan uşağı dumanlar içərisindən aydınlığa çıxaraq ona sarı gəlirdi.

-Sil göz yaşlarını Mənsurə deyərək, uşağı ona sarı uzatdı.

Al bu sənin oğlundur. Mənsurə qollarını açıb uşağı ağuşuna almaq istərkən, qapının səsinə yuxudan oyandı. O, öncə elə bildi gələn ya qaynanası ya da Əkrəmdir. Ürəyi bir sərçənin ürəyi kimi döyünməyə başladı.Ayağa qalxıb otağın qapısını titrək əlləri ilə qorxa-qorxa açdı. Yox, qulluqçu Mərmər idi.

Ahhh sizsiniz-deyə Mənsurə dərin köks ötürdü.

-Bəli mənəm xanım. Axşam olur sizdən bir xəbər çıxmadı. Yeməyi mən hazırlayımmı? Deyəsən siz özünüzü yaxşı hiss etmirsiniz.

Mənsurə saata baxdı.

-Aman Allah axşam düşür ki..

Mərmər, mən özümü yaxşı hiss etmirəm sən bir şeylər hazırla.

Mərmər baş üstə deyib tələsik mətbəxə keçdi.

Mənsurə, halsız və çarəsiz bir halda yatağına uzandı. Gördüyü yuxu o qədər şirin idi ki, xəyalı təkrar-təkrar gözləri önündən getmirdi.

-Bəlkə bir ümüd var deyə özünə təsəlli verməyə çalışdı.

Əkrəm evə gələndə, həmişəki kimi Mənsurəni qapı ağzında durub onu gözlədiyini görmədi.Evə daxil olarkən belə gözləri onu axtardı.

-Mənsurə əzizim mən gəldim deyib mətbəxə keçdi.Amma mətbəxtdə Mərmərlə qarşılaşdı.

-Mərmər, Mənsurə hardadır?

Otağındadır Əkrəm bəy.Bu gün deyəsən özünü yaxşı hiss etmir.Bu sözləri eşitcək Əkrəm yataq otağına tərəf qaçdı.

Mənsurə Əkrəmin addım səslərindən onun gəldiyini hiss edərək, yorğanı başına çəkib özünü yuxuluğa vurdu.Titrəyən qəlbi isə az qalırdı ki, dayansın.

Allahım mən nə deyəcəyəm Əkrəmə deyərək, gözlərini bərk-bərk yumdu.

Əkrəm, Mənsurəni yataqda görüb daha da narahat oldu.

Çarpayıya yaxınlaşıb onun yanına oturdu və yorğanı üzündən çəkdi. Əzizim nə olub sənə? Njyə erkən yatmısan deyib onu qucaqladı. Mənsurə onun bu nəvazişini hiss edən kimi gözlərindən yaş leysan kimi tökülməyə başladı.Əkrəm,

sən ağlayırsan? deyərək onu yatağından qaldırdı.Nə olub əzizim? Qorxutma məni.

Mənsurə hıçqıra-hıçqıra Əkrəmin boynuna sarıldı.

-Əkrəm, mən..mən sənə uşaq verə bilməyəcəm deyərək yenidən özünü yatağına saldı.

-Necə yəni sənə uşaq verə bilməyəcəyəm? Heç nə başa düşmədim.Qalx bir məni ətraflı başa sal görüm. Mənsurə titrək əlləri ilə çantasını açdı.Oradan bir kağız çıxarıb Əkrəmə uzatdı. Əkrəm kağızı alıb gözdən keçirdi və Mənsurəni bağrına basıb gözlərinin yaşını sildi.

-Əzizim, narahat olma mən səni başqa həkimlərə də apararam.Lazım gəlsə xaricə belə apararam.Niyə belə ümüdsüzlənirsən axı?

Mənsurə Əkrəmin üzünə baxaraq dedi. Yox Əkrəm, həkim qətiyyətlə dedi ki, uşağın olmayacaq.Bu anadangəlmə bir qüsur imiş. Soruşdum ki, süni yolladamı olmaz, dedi yox.

Əkrəmin ürəyi parçalansa da, özünü büruzə verməmək üçün gülümsündü.

Dur əzizim mən səni çox sevirəm. Uşaq olsa da olar olmasa da.

-Bəs atan anan? Onlar necə ümüdlərlə nəvə gözləyirdilər Əkrəm. Mən onlara nə deyəcəyəm deyərək, Mənsurə yenidən hönkürdü.

Elə bu zaman Həlimə xanımın səsi eşidildi.

Mərmər, mənim gəlinim hardadır ki, bu gün yeməyi sən bişirib süfrə qurursan?

-O, bir az nasazdı deyəsən Həlimə xanım. Səhərdən özünü otağına həbs edib.

Həlimə, bu sözdən çox narahat olaraq, oğlunun otağına tərəf gedib qapını döydü.

Burdasınızmı mənim balalarım?

-Hə gəl ana burdayıq deyə Əkrəm cavab verdi.

Həlimə içəri daxil olan kimi gözləri gəlininin ağlamaqdan şişib qızarmış gözlərinə sataşdı.

Oyyy mənim biricik gəlinimə nə olub? Deyərək ona tərəf qollarını açdı.

Mənsurə qaynanasının qollarının arasına girib başını onun çiyninə qoydu və dedi.

-Anacan nə olar mənə belə mehriban olmayın. Mən sizdən necə ayrılacam belə etsəniz?

Bu sözdən Həlimə diksinərək onu özündən aralayıb üzünə baxdı.

Qızım nə ayrılması? Sən bizdən niyə ayrılırsan? Sonra üzünü oğluna tutub acıqla soruşdu.

Oğlum, olmaya sən qəlbinə toxunmusan qızımın?

Əkrəm gülümsəyərək anasının əllərindən tutdu. Yox anacan mən onu üzərmiyəm heç?

-Bəs onda nə olub? Məni başa salacaqsınız ya yox?

Mənsurə, müayinənin cavabını Həliməyə uzatdı. Həlimə cavabları gözdən keçirərkən rəngi ağappaq ağardı.

Qızım bu nədir? Aman Allah.

-Hə anacan bax buna görə də mən Əkrəmdən ayrılmaq məcburiyyətindəyəm. Həlimə özünü toxtadaraq gəlininin əlindən tutdu.

Yox qızım.Mən səni bir gün olsun belə evimdən, oğlumdan ayırmaram.Hər şeyin bir çarəsi var. Düşünüb həll edərik. İndi isə gəlin bərabər yeməyə düşək.

Həmin gün süfrədə, nə zarafatlar, nə şən gülüşlər nə də ki, söhbət var idi. Evə ağır bir sükut çökmüşdü. Həlimə qaşığı qoyub çəngəli, çəngəli qoyub bıçağı götürsə də boğazından tikə keçmirdi.

Mənsurənin isə gözləri bir nöqtədən ayrılmırdı. Əkrəmin ürəyi parçalansa da ailəni narahat etməmək üçün yeməyini həmişəki kimi iştahla yeməyə çalışırdı.

Ailənin böyüyü Kazım kişinin isə heç nədən xəbəri yox idi.

O, bu səssizlikdən şübhələnərək soruşdu.Bu gün nə olub sizə ağzınızı bıçaq açmır? Mənsurə qaynatasının sözündən diksinərək gözlərini zillədiyi nöqtədən ayırdı.

Kazım kişi bu dəfə ucadan gülərək dedi. Yoxsa gəlin qaynanaya göz dəyib, olmaya dalaşmısınız?

Həlimə, ərinin qolundan dümsük vurub sus işarəsi verdi.

Kazım isə susmur, məsələnin nə yerdə olduğunu öyrənməyə çalışırdı.

Mənsurənin gözləri yenidən bulud kimi doldu.O, ağlamasın deyə süfrədən qalxdı və sizə nuş olsun deyərək yenidən özünü otağına həbs etdi.

Kazım kişi gəlininin bu hərəkətini görcək üzünü Əkrəmə tutub sual dolu baxışlarla onu süzdü. Həlimə isə ərinə acıqla,- ay kişi, mən sənə işarə verdim axı danışma.Mən hər şeyi sənə başa salaram. Onsuz da məsləhətləşib çıxış yolu tapmalıyıq.

Əkrəm ayağa qalxaraq üzünü anasına tutdu.Anacan, çıxış yilu nə olur olsun amma, ayrılmaqdan başqa.Mən Mənsurədən heç vaxt ayrılmaram deyərək süfrədən ayrıldı.

Kazım hər şeydən xəbərsiz halda gah arvadının, gah da ki, oğlunun üzünə baxdı.

Həlimə, otağına gedib müayinənin cavabını gətirdi və ərinə tərəf uzatdı.

Kazım kişi cavaba baxıb dedi.

Heçmi əlacı yoxdur?

Həlimə təəssüf hissi ilə dedi.

Heç!

Gəlini evimizdən ayırmamaqla bir əlac düşünməliyik.

Mən Mənsurəni qızım kimi sevirəm.Amma, onunla bərabər nəvə də istəyirəm. Mənim bircə övladım oldu. İkincisini dünyaya gətirə bilmədim. İndi nəvələrimdəmi olmasın?

Kazım əlini qaldırıb dedi.Bir az sus görüm ay arvad.lap beynim qarışdı.Bir az düşünək sabah oturub məsləhətləşərik deyərək fikirli halda televizorun önünə keçdi.


Ardı var.


Metanet Duyğulu.
www.kafiye.net