SÖZƏM



Alnımın qırışı, saçımın rəngi,

Bu zalım dünyayla etdikcə cəngi,

İllərə yas tutan ömrün çələngi,

Zamanla vuruşda gücsüzəm, gülüm.



Alnımın qırışı dərindən- dərin,

Zirvədə cığırı dərdin, kədərin,

Bəlkə də imzası fövqəl qədərin,

Zamanla vuruşda gücsüzəm, gülüm.




Saçımın rəngini dəyişən illər,

Döndərdi, dəyişdi neçə fəsillər,

Dövranı durdurmur güllələr, güllər,

Zamanla vuruşda gücsüzəm, gülüm.




Söylədin “alnına qırışlar düşüb”,

Gör neçə sənələr, illər ötüşüb,

Tanrının əmriylə nura yetişib,

Mən indi kəlamam, sirr, sözəm, gülüm!




Təvəkkül Goruslu.11.06.2021
www.kafiye.net